0
Thursday 30 January 2014 - 01:00

Baş naziri həbs edərik, hökuməti maya qədər dəyişərik

Story Code : 346530
Baş naziri həbs edərik, hökuməti maya qədər dəyişərik
Baş naziri həbs edərik, hökuməti maya qədər dəyişərik
Hakimlər və Prokurorlar Yüksək Qurumunda dəyişikliyin niyə gündəmə gəldiyini çox dəqiq ifadələrlə ortaya qoyan Şentop “bəzi hakim və prokurorlar “biz istəsək seçkilər belə keçirilməz” deyə təhdid edirlər” dedi.

Özlərini böyük bir güc olaraq görürlər
Prokurorların və hakimlərin bir siyasi güc olmaq, siyasi nəticə əldə etmək üçün hərəkətə keçməyə istiqamətli sözləri vardı.

“Yeri gəlsə baş naziri belə həbs edərik”

Biz bunları bir ildən artıqdır ki, bilirik. “Bizim o qədər böyük gücümüz və səlahiyyətlərimiz var ki, xüsusi səlahiyyətli məhkəmələrin qanunvericiliyinə görə istəsək nazirləri belə tuta bilərik” kimi ifadələri kimlərin söylədiyini də bilirik. Bunları eşidən və şahidlik edəcək yoldaşlarımız var. “Onun da zamanı gələcək, nazirləri də tutacağıq, lazım olsa Baş naziri belə həbs edərik. Qanunlar bizə belə bir güc və səlahiyyət verir”.

Seçki belə keçirmərik deyirlər

İndi çox yaxın zamanda kimlər olduğunu da adla çox yaxından bildiyimiz, mən də hüquqşünasam, bu gün vəzifə yerinə yetirən “ünvanlı vəzifəlilər” dediyimiz prokurorlar və bəzi hakimlər ararsında çox yaxın tanıdığım və birlikdə oxuduğum yoldaşlarımız var.

“Yeri gəlsə, maya qədər hökuməti dəyişərik”
Bunların öz aralarındakı söhbətlərində indi belə “30 martda istəsək seçkiləri keçirmərik, lazım olsa maya qədər hökuməti dəyişərik” kimi bir sıra ifadələr istifadə edən, orda-burda çıxıb danışan bəzi yoldaşlarımız var.

“1 ildən bəri bilirik, söyləyirdilər”
Bunun hüquqi bir məntiqi yoxdur. Seçkilərin tarixi konstitusiyada müəyyən bir tarixi olan hüquqi bir tarixdir. Bunlar yeni deyil. Bir ildən çox zamandır, fərdi ifadələr olaraq görürdük. Amma 17 dekabrdan sonra bəzi yoldaşlar arasında daha çox olaraq görməyə başlayırıq.
Source : Islamtimes
Comment