QR CodeQR Code

Bağdadda növbəti terror aktı

30 Jan 2014 08:41

IslamTimes - Bağdadda baş verən terror aktları ən azı 19 nəfərin ölümünə səbəb olub.


Yanvarın 29-da Bağdadda baş verən terror aktlarında ən azı 19 nəfər ölüb.
 
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, “Iraq Body Count” hüquq müdafiə təşkilatının məlumatına əsasən, son ay ərzində terror aktlarının qurbanlarının sayı min nəfərə çatmaqdadır.
 
Ötən gün paytaxtın Şula rayonunda ikiqat partlayış 7 nəfərin həyatına son qoyub. Yeni Bağdad ərazisində minalanmış avtomobilin partladılması nəticəsində daha 5 nəfər ölüb. Talibiyada 4 dinc sakin, əsas etibarilə xristianların yaşadığı Kamp-Sara məhəlləsində isə üç nəfər güllələnib.

Xalqa ənənəvi illik müraciətində İraqın baş naziri Nuri Əl-Məliki ölkədə baş verən yeni zorakılıq dalğasının yayılmasını qonşu Suriyada şiddətlənən vətəndaş müharibəsi ilə əlaqələndirib.

İraqda zorakılıq son 5 il ərzində ən yüksək səviyyəyə çatıb. BMT-nin məlumatına görə, 2013-cü ildə ölkədə 9 minə yaxın insan həlak olub.


Story Code: 346558

News Link :
https://www.islamtimes.org/az/news/346558/bağdadda-növbəti-terror-aktı

Islam Times
  https://www.islamtimes.org