0
Thursday 30 January 2014 - 13:35

Netanyahu Hitler ilə müqayisə edildiyi üçün qəzəblənib

Story Code : 346956
Netanyahu Hitler ilə müqayisə edildiyi üçün qəzəblənib
Netanyahu Hitler ilə müqayisə edildiyi üçün qəzəblənib
Netanyahu bu açıqlamanı Fələstin Hökumətinin rəsmi xəbər agentliyi olan əl Həyat əl Cədidə qəzeti Netanyahunun nasisdən törədiyini və bu səbəbdən də baş nazirin Fələstin xalqına qarşı Nasist təcrübəsindən istifadə etdiyini bildirdikdən sonra etmişdir.

Qəzetdə yer alan məqalədə sual edilərək soruşulur: “Mümkündürmü ki, Netanyahu Fələstin xalqına qarşı tətbiq etdiyi irqi ayrıseçkiliyi və zorakılığı nasist genindən götürmüş və indi də bunu fələstinlilərə qarşı tətbiq edir.”

“Netanyahunun özünü Hitlerə bənzədəcək bütün zorakı hərəkətlərdən uzaq durmaq əvəzinə o Hitleri təqlid edir və onun etdiyi cinayətləri Fəlsətin xalqı ilə yanaşı hətta öz xalqına qarşı da həyata keçirmək istəyir.”

İsraili Nasist Almaniya ilə müqayisə etmək Fələstin mediasında yeni bir şey deyil və İsrail rəsmiləri həmişə bu məsələyə qarşı öz qəzəblərini nümayiş etdiriblər.

İsrail rejimi BMT-nin Fələstin xalqına qarşı yürütdüyü siyasəti dayandırmaq təlbələrini göz ardına vurmuş və işğal edilmiş Fələstin ərazilərində beynəlxalq cəhətdən qeyri qanuni hesab edilən məskunlaşma siyasətini davam etdirmişdir.
Source : Islamtimes
Comment