0
Thursday 30 January 2014 - 17:44

Sionist kəşfiyyat rəhbəri: 170 min raket İsraili hədəfləyib

Story Code : 346964
Sionist kəşfiyyat rəhbəri: 170 min raket İsraili hədəfləyib
Sionist kəşfiyyat rəhbəri: 170 min raket İsraili hədəfləyib
Koxafi İsrailin təhlükəsizliyinə qarşı əsas təhdidlər olan İran nüvə proqramı, kiber hücum və qloabl cihada toxunaraq deyib ki, təxminən qlobal cihadın 30 min üzvü hal hazırda Suriyada döyüşür.

O həmçinin qeyd edərək bildirib ki, Misir ordusu tərəfindən Sinaidə həyata keçirilən tədbirlər Qəzza Zolağına daşınan silah qaçaqmalçılığın qarşısını alıb.

Koxafi həmçinin kiber müharibəyə toxunaraq deyib ki, təhlükəsizlik xidmətinin sahib olduğu onlarla veb səhifələr də daxil olmaqla Sionist veb səhifələri keçən il ərzində yüzlərlə hücuma məruz qalmışdır.

Daha əvvəl isə İsrail hava qüvvələri komandiri Amir Eşel çərşənbə günü deyib ki, Livan müqavimət hərəkatı olan minlərlə Hizbullah bazaları İsraili təhdid edən əsas təhlükədir.

Eşel deyib ki, İsrail dövlətini və onun maraqlarını təhdid edən minlərlə Hizbullah bazası ilə ciddi məşğul olmalıyıq.

Eşel xəbərdarlıq edərək bildirib: “Hizbullah döyüşçüləri bəzən yaşayış binalarının bütün mərtəbələrini işğal edirlər… Döyüşdə məhz buradan başlayacaq. Biz Hizbullahı məğlub etmək və dayandırmaq üçün buradan başlamalıyıq.”

2006-ci il müharibəsindən sonra sionistlər BMT-nin 1701-ci qətnaməsinin pozaraq Livanın suverenliyini dəfələrlə pozmuşdur və hətta onun liderləri də indi və əvvəldə Livan xalqını təhdid etməkdən əl çəkməmişdilər.
Source : Islamtimes
Comment