0
Wednesday 18 August 2010 - 18:31

İsraildə qadın əsgər qalmaqalı

Story Code : 34709
İsraildə qadın əsgər qalmaqalı
İsraildə qadın əsgər qalmaqalı
İsrailli keçmiş əsgər qadın fələstinli məhbusların yanında verdiyi pozaları sosial paylaşım səhifəsində yayımlayıb. Fotolarda israilli əsgərin gözləri və əlləri bağlı fələstinlilərin qarşısında gülərək poz verdiyi görünür. İnternetdəki səhifədə dostları ilə bu fotolarla bağlı zarafatlaşan qadın əsgər həm İsraili, həm də Fələstini qəzəbləndirib. İsrail ordusu olayın utanc verici olduğunu açıqlayıb və keçmiş hərbçinin ən qısa müddətdə məhkəmə qarşısında hesab verəcəyini bəyan edib. İsrailin İşgəncə ilə Mübarizə Komitəsinin sədri də verdiyi yazılı açıqlamada bildirib ki, qadın əsgərin bu davranışı fələstinlilərlə insan deyil, əşya kimi davranılmasının qayda halına gəldiyinin sübutudur. /HaqqYolu/
Comment