QR CodeQR Code

İngiltərəli qadın ABŞ-da edam ediləcək

18 Aug 2010 19:01

IslamTimes – Texas məhkəməsi İngiltərə vətəndaşı olan 51 yaşlı qadına ölüm hökmü çıxartdı


Presstv-nin yaydığı məlumata əsasən, əslən İngiltərə vətəndaşı olan 51 yaşlı Linda Karti, 25 yaşlı digər bir xanımı ABŞ-ın Texas şatatında qətlə yetirməkdə ittiham olunaraq, ölüm hökmü cəzasına məhkum edilib. Müttəhəmin vəkilinin sözlərinə görə, ona irəli sürülən bu ittihamlar təmamilə əsassız və ittihamı sübuta yetirmək üçün heç bir tutarlı fakt olmayıb. İngiltərənin insan haqqları təşkilatları bununla bağlı Londonda geniş miqyaslı aksiya keçirib. Hüquq müdafiəçilərindən olan Harry Mack Kluç deyib: “İngiltərə vətəndaşı olan bu insanın taleyi əsil tragediyadır. O bütün ibtidai hüquqlardan belə məhrum edilib.”
Qeyd edək ki, Amerikada ölüm hökmünün hələ də icra olunmasına baxmayaraq, bu ölkə digər ölkələrdə edam edilmə hökmünü insan haqqlarına zidd addım kimi qiymətləndirir.


Story Code: 34710

News Link :
https://www.islamtimes.org/az/news/34710/ingiltərəli-qadın-abş-da-edam-ediləcək

Islam Times
  https://www.islamtimes.org