0
Saturday 1 February 2014 - 08:57

İranla “altılıq” ölkələri fevralın 18-20-də Vyanada bir araya gələcək

Story Code : 347199
İranla “altılıq” ölkələri fevralın 18-20-də Vyanada bir araya gələcək
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı yanvarın 31-də Münhen beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında baş tutan görüşdə razılıq əldə olunub.
Belə ki, görüşdə İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunması üçün növbəti nüvə müzakirələrinin fevralın 18-20-də Vyanada keçirilməsi barədə qərar qəbul olunub.
Görüşdə həmçinin M.C.Zərif və K.Eşton nüvə danışıqlarından bir gün əvvəl “altılıq” ölkələrinin siyasi liderlərinin iştirakı olmadan təkbətək görüşmək haqda razılığa gəliblər. Onlar bu görüşdə nüvə müzakirələrinin irəliləməsini necə təşviq etmək barədə danışacaqlar.
Comment