QR CodeQR Code

Moskvada icazəsiz aksiyanın qarşısı alınıb

1 Feb 2014 13:17

IslamTimes - Rusiyanın paytaxtı Moskvada bir qrup müxalifət fəalı hökumətə qarşı etiraz aksiyası keçirib.


ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, keçirilən aksiyada fəallar azad toplaşmaq haqqında qanunların məhdudlaşdırılmasına qarşı şüarlar səsləndiriblər. Aksiya icazəsiz keçirildiyi üçün polislə aksiya iştirakçıları arasında isident yaşanıb.
Təhlükəsizlik qüvvələri icazəsiz aksiyaya müdaxilə edib. Hüquq-mühafizə orqanları müxalifət liderlərindən olan Eduard Limonovu həbs edib.
Məlumata görə, E.Limonov saxlanılan zaman polisə müqavimət göstərib. O, "Rusiya azad olacaq" deyə bağırıb. Polislər onu birtəhər sakitləşdirməyə çalışıblar.
Qeyd edək ki, aksiyada müxalif fəalları olan qadınlar da iştirak edib.


Story Code: 347285

News Link :
https://www.islamtimes.org/az/news/347285/moskvada-icazəsiz-aksiyanın-qarşısı-alınıb

Islam Times
  https://www.islamtimes.org