0
Sunday 2 February 2014 - 13:19

Obama İran və Suriya məsələsi səbəbindən Səudiyyə kralı ilə görüşəcək

Story Code : 347672
Obama İran və Suriya məsələsi səbəbindən Səudiyyə kralı ilə görüşəcək
Obama İran və Suriya məsələsi səbəbindən Səudiyyə kralı ilə görüşəcək
Ağ Ev Obamanın Fars Körfəzi ölkəsinə səfərinin planlaşdırılması xəbərini təsdiq etməkdən imtina etməsinə baxmayaraq ABŞ-ın gündəlik dərc edilən Uoll Street Journal cümə günü məlumat yayaraq bildirb ki, Səudiyyə Ərəbistanına səfər Obamanın gələn ay Avropaya planlaşdırılmış səfər çərçivəsinə əlavə ediləcək.

Məlumata əsasən Səudiyyə rəhbəri bu görüşdən istifadə edərək Obamadan niyə Əsədin güclənməsinə səbəb olan Suriyaya qarşı hərbi hücum fikrindən daşındığını sual edəcək.

Jurnal daha sonra qeyd edərək bildirib ki, Ərəb Baharı və həmçinin İran və altılıq dövlət arasında Tehran nüvə proqramı üzərində noyabr ayında əldə edilmiş razılıq Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqlərini və həmçnin İsrail rejimini qəzəbləndirib.

Bu qərar Səudiyyə Ərəbistanın hakim ailəsinin üzvləri Qərbin İslam Respublikası ilə on ildən bəri mövcud olan nüvə enerji proqramı barədəki mübahisəyə son qoymağı nəzərdə tutan nüvə razılaşmasına qarşı narahatçılıqlarını ifadə etdikdən sonra gəldi.

İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Rusiya, ABŞ, Çin, Fransa, Britaniya və üstəgəl Almaniya arasında əldə edilən razılaşma Vaşinqtonun Riyadı öz müttəfiqliyindən siləcək Səudiyyəliləri daha da narahat edib.

Siyasi ekspert Micheal Dunne deyib: “Digər Ərəb liderlərindən daha çox səudiyyəlilər üçün ABŞ prezidenti ilə şəxsi münasibətlərə sahib olmaq daha mühümdür. Onlar uzun müddətdir bunu gözləyirlər bə bu administrasiyada çatmayan şey də məhz budur.”

Bundan başqa Vaşinqton Suriya hökumətinə qarşı döyüşən üsyançıları silah-sursat ilə təmin edərkən və Konqres də gizli şəkildə xaricdən dəstək alan üsyançılara yardım etmək haqqında qanun layihəsi qəbul etdiyi bir vaxtda səudiyyəlilər bu yardımın kifayət etmədiyini bildirib.
Source : Islamtimes
Comment