0
Sunday 2 February 2014 - 19:13

İsrail Qəzza Zolağına qarşı müharibə təhdidi edib

Story Code : 347735
İsrail Qəzza Zolağına qarşı müharibə təhdidi edib
İsrail Qəzza Zolağına qarşı müharibə təhdidi edib
İsrail kəşfiyyat naziri Yuval Steinitz şənbə günü deyib ki, Tel Əviv tezliklə Qəzzanı işğal edəcək və Həmas qrupunu dağıdacaq.

Steinitz deyib: “Əgər Qəzzadan atılan raketlər davam edərsə, bizim Həması məhv etmək və yenidən Fələstin hökumətinə Qəzza Zolağına idarəçiliyi qazandırmaq üçün Qəzzaya daxil olmağımızdan başqa yol yoxdur.”

Bu keçən ay ərzində İsrailin yüksən vəzifəli rəsmisinin ikinci təhdididir.
2013-cü ilin dekabr ayında İsrail baş naziri Benyamin Netanyahu İsrail rejiminin hərbi qüvvələri Qəzza şəhərində müxtəlif reydlər təşkil etdikdən sonra Qəzza Zolağına daha çox qoşun qüvvələrinin yeridilməsi ilə təhdid edib.

Bu təhdidlər İsrail rejiminin Qəzzaya qarşı hava və qurudan olan hücumlarını intensivləşdirdiyi bir vaxtda gəldi.
Cümə günü İsrail F-16 hərbi təyyarələriFələstin ərazisinin şimal, şərq və cənub istiqamətlərinə üç hava hücumu etdikdən sonra 10 fələstinli yaralanmışdır.

İsrail qüvvələri 22 yanvar tarixində mühasirədə olan Qəzza Zolağına da oxşar hücumlar etmişdir və nəticədə iki fələstinli həlak olmuşdur.
İsrail ordusu da həmçinin tez-tez Qəzza sərhəddi boyunca olan fələstinliləri hədəfə alır.

2012-ci ildə Misirin vasitəçiliyi ilə əldə edilmiş sülh razılaşmasına baxmayaraq qəzzalılara qarşı hücumlar davam edir.
Source : Islamtimes
Comment