QR CodeQR Code

Buşehr AES nüvə silahının yayılmaması rejiminə zidd deyil

19 Aug 2010 13:00

İslamTimes – Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü bəyanat verib ki, İranda istifadəyə veriləcək Buşehr AES nüvə silahının yayılmaması rejiminə zidd deyil.


Lavrov bu AES-in hətta nəzərdə tutulan müqaviləyə yardımçı olduğunu vurğulayıb.
İslamnews saytı İnterfaks xəbər şəbəkəsinə istinadən bildirir ki, Lavrov Buşehr AES-in heç bir formada nüvə silahının yayılmaması rejiminə zidd olmadığına əminliyini ifadə edib. RF xarici işlər naziri Rusiyanın İranla əməkdaşlığından narahat olan həmkarlarına mesaj göndərib ki, hazırkı əməkdaşlıq tam MAQATE-nin nəzarəti altındadır. Xatırladaq ki, Buşehr AES 21 avqustda işə salınacaq.


Story Code: 34775

News Link :
https://www.islamtimes.org/az/news/34775/buşehr-aes-nüvə-silahının-yayılmaması-rejiminə-zidd-deyil

Islam Times
  https://www.islamtimes.org