QR CodeQR Code

Medvedev Ermənistanda

20 Aug 2010 05:23

İslamTimes – Rusiya prezidenti Dmitri Medvedev ötən gün Ermənistana rəsmi səfərə yollanıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Medvedev bu gün Yerevanda ermənilərin "soyqırım" abidəsini ziyarət edəcəyi gəzlənilir.
Avqustun 20-də Rusiya və Ermənistan prezidentlərinin dar və geniş tərkibdə danışıqları, sənədlərin imzalanması və birgə mətbuat konfransı planlaşdırılıb.
Sonra Rusiya prezidenti Gümrüdə 19-cu əsrdə rus-türk müharibəsi zamanı həlak olmuş 156 rus zabitinə həsr olunmuş xatirə kompleksinin açılışında iştirak edəcək.
Medvedev Ermənistana rəsmi səfərə başa çatdıqdan sonra, avqustun 20-21 Yerevanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.


Story Code: 34818

News Link :
https://www.islamtimes.org/az/news/34818/medvedev-ermənistanda

Islam Times
  https://www.islamtimes.org