0
Wednesday 5 February 2014 - 01:41

Suriyalı üsyançılar İsrailə təşəkkür edib

Story Code : 348488
Suriyalı üsyançılar İsrailə təşəkkür edib
Suriyalı üsyançılar İsrailə təşəkkür edib
İsrail mediasının verdiyi məlumata əsasən bu xəstəxanalarda 700-dən çox yaralı üsyançı müalicə edilib.

Sionist ordusu medianın səhra xəstəxanalarının göstərdiyi fəaliyyəti yaymasına qadağa qoymuş, ancaq yalnız İkinci Kanala “İsrailin suriyalılara qarşı insani hərəkətlərini” nümayiş etdirmək üçün qısa reportaj hazırlamasına icazə verib.

Reportajda əsasən İsrailin üsyançıları müalicə etməsinin məqsədindən söhbət açılmış və aydınlıq gətirilərək deyilib ki, israillilər bunu etməklə Suriyada mövcud olan terroristlər ilə münasibətləri gücləndirməyi və dərinləşdirməyi nəzərdə tutur.

Məlumatda həmçinin bir sıra üsyançıların “İsrail Suriya rejiminin dediyi kimi elə də qorxulu və təhlükəli bir dövlət deyil” deməsinə yer verilmişdir.

Üsyançılar müsahibə zamanı deyiblər: “Rejim bizi inanmağa məcbur etmişdir ki, bütün dünya bizim düşmənimizdir, ancaq inqilabdan sonra biz həqiqi dost və düşmənlərimizi tanıdıq.”
Source : Islamtimes
Comment