QR CodeQR Code

İsraildən şok Türkiyə iddiası!

Islamtimes , 5 Feb 2014 02:00

İslamtimes - İsrailin “Mavi Mərmərə”də dünyasını dəyişən doqquz Türk ailələri üçün 20 milyon dollar təzminat təklif etdiyi bildirildi.


İsrailli “Haaretz” qəzeti iki ölkə arasındakı müzakirələr haqqında məlumatlandırılan Qərb diplomatlarına istinadən verdiyi xəbərdə danışıqlarda irəliləyiş olduğunu, ancaq hələ razılaşma əldə edilmədiyini qeyd etdi.

Türkiyə ilə İsrail arasındakı danışıqlar dekabr ayının əvvəlində təkrar başlamışdı. “Haaretz”ə müsahibə verən Qərb diplomatları Türkiyənin o dövr 30 milyon dollar tələb etdiyini İsrailin isə bu məbləği 15 milyon dollara qədər azaltdığını ifadə etdi.

“Haaretz”də dərc edilən xəbərə görə, danışıqlardan sonra İsrail Baş naziri Binyamin Netanyahu müzakirələr üçün vəzifələndirdiyi heyətə təklifin 20 milyon dollara çıxarılmasını söylədi. Hətta Netanyahunun müzakirə qrupundan lazım olsa təkliflərini 3 milyon dollar daha artırmalarını istədiyi iddia edildi.

“Haaretz”ə görə, Qüdsdəki səlahiyyətlilər Qərb diplomatlarının verdiyi məlumatları nə təsdiqlədi, nə də təkzib etdi. Ancaq Qüdsdə Türkiyədəki bələdiyyə seçkilərindən öncə bir razılaşma təmin edilməsi mövzusunda ümid edilmədiyi ifadə edildi.


Story Code: 348493

News Link :
https://www.islamtimes.org/az/news/348493/israildən-şok-türkiyə-iddiası

Islam Times
  https://www.islamtimes.org