QR CodeQR Code

Suriyada daha üç azərbaycanlı terrorist öldürülüb

5 Feb 2014 13:29

IslamTimes - Suriyada terrorist qruplaşmaların tərkibində hakimiyyətə qarşı vuruşan 3 azərbaycanlı terrorist öldürülüb.


APA-nın xəbərinə görə, bu barədə terroristlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Suriya hakimiyyətinə qarşı vuruşan daha üç azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb.
Terroristlər həmin şəxslərin fotolarını da yayıblar.
Öldürülən azərbaycanlılardan ikisinin kimliyi açıqlanmasa da, digərinin adının Urfan olduğu bildirilir. Məlumata görə, Urfanın daha bir qardaşı isə bir neçə il əvvəl Əfqanıstanda öldürülüb.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif terroristlər qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.


Story Code: 348571

News Link :
https://www.islamtimes.org/az/news/348571/suriyada-daha-üç-azərbaycanlı-terrorist-öldürülüb

Islam Times
  https://www.islamtimes.org