QR CodeQR Code

Zərif: Sanksiyalar nüvə probelmini həll etməyə kömək etmədi

Islamtimes , 5 Feb 2014 20:19

İslamtimes - İran xarici işlər naziri Muhəmməd Cavad Zərif deyib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qeyri qanuni idi və İslam Respublikasının nüvə enerji proqramı üzərində mövcud olan mübahisəyə son qoymağa kömək etmədi.


Çərşənbə axşamı günü Tehranda İsveçli tərəf müqabili Karl Bildt ilə təşkil etdiyi mətbuat konfransında çıxış edən Zərif deyib ki, İran və altılıq dövlət arasında əldə edilən nüvə razılaşması anti-İran sanksiyalarının təmamilə aradan qalxması ilə nəticələnməlidir.

Zərif deyib: “Danışıqların nəticəsi bütün sanksiyaların aradan qalxamsı olmalıdır.”
Zərif daha sonra deyib ki, Tehran hesab edir ki, ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları qeyri qanunidir və İranın dinc nüvə enerji proqramı üzərində yaranmış mübahisəyə son qoymağa kömək etmədi.

İranın baş diplomatı qeyd edərək bildirib ki, iranlı şirkətlərin hətta ərzaq və tibbi ləvazimatlar almasına çətinlik yaradan sanksiyalar İran xalqında bədbinliyin artmasına səbəb olmuşdur.

İsveçli xarici işlər naziri həmçinin İran nüvə enerji proqramına son və anlaşıqlı həll yolunun tapılmasına ölkəsinin dəstəyini ifadə etmişdir.

O deyib ki, əgər hər iki tərəf xoş niyyət göstərsə məsələ altı ay ərzində həll edilə bilər.

İsveçin xarici işlər naziri deyib ki, nüvə razılaşması əsasında yaranan yeni abu-hava İran ilə nüvə müzakirələrinin davam etdirilməsi üçün böyük fürsət yaradır.
Bildt həmçinin deyib ki, onun ölkəsi İranın nüvə enerji proqramından istifadə etmə haqqına hörmətlə yanaşır.

O daha sonra İran ilə İsveç arasında iki tərəfli əlaqələrin, məxsusən də iqtisadiyyat və ticarət sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Story Code: 348834

News Link :
https://www.islamtimes.org/az/news/348834/zərif-sanksiyalar-nüvə-probelmini-həll-etməyə-kömək-etmədi

Islam Times
  https://www.islamtimes.org