0
Saturday 21 August 2010 - 13:31

“Buşehr” AES-i istifadəyə verildi; “Bu, nadir layihədir, dünyada analoqu yoxdur”

Story Code : 34914
“Buşehr” AES-i istifadəyə verildi
“Buşehr” AES-i istifadəyə verildi
Mərasimi açıq elan edən Rusiyanın atom enerjisi üzrə dövlət korporasiyası - “Rosatom”un rəhbəri Sergey Kirienko “bu gün biz Buşehrdə atom stansiyasının fiziki buraxılış mərhələsinə başlayırıq”, - deyə bildirib. O, bunun həm Rusiya, həm də İran mütəxəssisləri üçün xüsusi gün olduğunu vurğulayıb.
“Buşehr atom stansiyasının layihəsi - nadir layihədir, dünyada analoqu yoxdur. Bu stansiyanın inşası 1974-cü ildə başlanıb. Bu layihənin unikallığı ondan ibarətdir ki, mütəxəssislər 30 il əvvəl almanlar tərəfindən istehsal olunan avadanlıqlardan istifadə etməklə köhnə özüllər üzərində stansiya yaratmağa müvəffəq olublar. Bu 36 illik gözləməni nəzərə alsaq, Buşehr AES-nin istifadəyə verliməsini İran xalqı üçün rəmzi saymaq olar”, - deyə “Rosatom”un rəhbəri bildirib.
İranın vitse-prezidenti, Atom Enerjisi üzrə Təşkilatın rəhbəri Əli Əkbər Salehi öz növbəsində bu günü yadda qalan və tarixi gün adlandırıb.
Kirienko stansiyaya baxış zamanı bildirib ki, İranın Buşehr AES-nin enerji buraxılışı isə 2010-cu ilin sonunadək baş tutacaq.
“Hər şey müəyyən edilmiş cədvəl üzrə gedir” - deyə o qeyd edib və əlavə edib ki, cədvəl şənbə günü keçirilən müşavirədə İran tərəfi ilə müzakirə olunub.
Comment