0
Friday 7 February 2014 - 11:58

Suriyadakı terroristlərin cinayətləri arxasında Ali Səud ailəsi durur

Story Code : 349159
Suriyadakı terroristlərin cinayətləri arxasında Ali Səud ailəsi durur
Suriyadakı terroristlərin cinayətləri arxasında Ali Səud ailəsi durur
Video etirafda İŞİD üzvü deyib ki, radikal qrup həqiqətdə Səudiyyə Ərəbistanın sabiq kralı Feysəl əl Səudun oğlu və halhazırki Səudiyyə xarici işlər nazrinin qardaşı şahzadə Abdul Rəhman əl Feysəl tərəfindən idarə edilir.

Açıqlama nəticəsində məlum olur ki, Səudiyyə hakim ailəsinin üzvləri nəinki təkcə Suriyada baş verən terror fəaliyyəti, həmçinin digər dövlətlərdə də təkfirçilərin törətdikləri cinayətlərdə şərikdirlər.

Ələ keçirilmiş İŞİD terroristi deyib ki, onun üzv olduğu qrup Azad Suriya Ordusu adlanan xaricdən dəstək alan üsyançı qrupun fəaliyyətini izləyir.

Məlumatda həmçinin bildirilir ki, Səudiyyə Ərəbistan rəhbərliyi birbaşa olaraq üsyançı qrupları maliyyələşdirir.

İŞİD-də ona əmirlərin kim tərəfindən verildiyi suala cavab olaraq əsir terrorçu tərəddüd etmədən deyib ki, Əbu Feysəl kimi tanınan şahzadə Əbdul Rəhman əl Feysəl.

İŞİD həmçinin əl Qaidə terror təşkilatının Suriya və İraqdakı nümayəndəsidir. Qrupun qoşun rəhbəri Əbu Bəkir əl Bağdadidir.

Terroristin etirafına əsasən Səud ailəsinin yüksək vəzifəli üzvləri Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıların arxasında durur.

ABŞ prezidenti Barak Obama Suriyaya qarşı hərbi müdaxilə planından əl çəkdikdən sonra Səudiyyə hökuməti ABŞ-dan üz döndərdi. Bundan əlavə Obama İran nüvə enerjisi proqramı məsələsində İran ilə danışıqlar aparmaq qərarına gəldi.

ABŞ prezidentinin bu qərarları nəticəsində səudiyyəlilər özlərini aldadılmış hiss etdilər və ABŞ-a qarşı qəzəb hisslərini ifadə etdilər.
Source : Islamtimes
Comment