0
Friday 7 February 2014 - 19:47

Sabah Tehranda İranla AEBA arasında növbəti nüvə danışıqları keçiriləcək

Story Code : 349363
Sabah Tehranda İranla AEBA arasında növbəti nüvə danışıqları keçiriləcək
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.
Onun sözlərinə görə, AEBA icraçı direktorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün İrana səfər edəcək: “Müzakirələr İranla agentlik arasında ötən il noyabrın 11-də əldə olunmuş 6 maddəlik razılaşma çərçivəsində həyata keçiriləcək və bir-iki gün müddətində davam edəcək. Danışıqlar AEBA icraçı direktorunun müavini ilə İranın agentlikdəki nümayəndəsi arasında reallaşacaq”.
B.Kəmalvəndi deyib ki, İranla AEBA arasında əməkdaşlıq davam etdiriləcək.
Qeyd edək ki, İranla AEBA arasında növbəti nüvə danışıqları yanvarın 21-də Tehranda keçirilməli idi. Ancaq İranla “altılıq” ölkələri arasında nüvə sahəsində əldə olunmuş Cenevrə anlaşmasına uyğun olaraq Birgə Fəaliyyət Planının yanvarın 20-dən icraya yönəlməsi ilə barədə razılığın əldə olunması İran-AEBA danışıqlarının təxirə salınmasına səbəb olub.
Comment