QR CodeQR Code

İsrail Livan gəmisini hədələdi

22 Aug 2010 05:02

İslamTimes – İsrail BMT-yə məlumat verib ki, Livandan Qəzzəyə gedən humanitar yükü saxlayacaq.


Eyni vaxtda Kiprin Beyrutdakı səfiri bildirib ki, onun ölkəsi bu gəmiləri öz sualarına buraxmayacaq. İsrailin BMT-dəki səfiri Qabriel Şalif BMT-nin baş katibinə məktub yazaraq iddia edib ki, Livanın “Məryəm” gəmisinin məqsədi Qəzzənin blokadasını qırmaqdır. Bu səbəbdən də İsrail tərəfi gəmini saxlamağı öz haqqı bilir. Şalif humanitar kömək təşkilatçılarını Hizbullah ilə əlaqələrdə ittiham edib. İsrail Livandan Qəzzəyə istənilən reysi təxribatçı addım kimi dəyərləndirir. Məryəm gəmisi hazırda Livanın şimalında lövbər salıb. Bu barədə İslamnews əl-Cəzirə şəbəkəsinə istinadən məlumat verir. Görünür İsrail öz aqressiv addımlarını keçmişdə olduğu kimi davam etdirmək əzmindədir.


Story Code: 34970

News Link :
https://www.islamtimes.org/az/news/34970/israil-livan-gəmisini-hədələdi

Islam Times
  https://www.islamtimes.org