QR CodeQR Code

Rusiya və İran neft kəşfiyyatında əməkdaşlıq edə bilərlər

9 Feb 2014 12:40

IslamTimes - Rusiyanın İrandakı səfiri: Rusiya şirkətləri Xəzərin İran sektorunda neft yataqlarının kəşfiyyatında əməkdaşlıq etməyə hazırdır


APA-nın “RBK”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.
Caqaryan Rusiyanın neft şirkətlərinin İrandakı layihələrə maraq göstərdiyini qeyd edib. Səfirin sözlərinə görə, əgər Xəzərdə neftin kəşfiyyatı iqtisadi baxımdan sərfəli olarsa, Rusiya bu sahədə İranla birgə əməkdaşlıq edə bilər.
Səfir əlavə edib ki, Rusiya müstəqil dövlətdir və Qərb ölkələrinin siyasətinə əməl etməməlidir.
Caqaryan qeyd edib ki, Rusiya İranla ticarətin həcmini və əməkdaşlığı genişləndirmək niyyətindədir.


Story Code: 349875

News Link :
https://www.islamtimes.org/az/news/349875/rusiya-və-iran-neft-kəşfiyyatında-əməkdaşlıq-edə-bilərlər

Islam Times
  https://www.islamtimes.org