0
Sunday 9 February 2014 - 12:40

Rusiya və İran neft kəşfiyyatında əməkdaşlıq edə bilərlər

Story Code : 349875
Rusiya və İran neft kəşfiyyatında əməkdaşlıq edə bilərlər
APA-nın “RBK”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.
Caqaryan Rusiyanın neft şirkətlərinin İrandakı layihələrə maraq göstərdiyini qeyd edib. Səfirin sözlərinə görə, əgər Xəzərdə neftin kəşfiyyatı iqtisadi baxımdan sərfəli olarsa, Rusiya bu sahədə İranla birgə əməkdaşlıq edə bilər.
Səfir əlavə edib ki, Rusiya müstəqil dövlətdir və Qərb ölkələrinin siyasətinə əməl etməməlidir.
Caqaryan qeyd edib ki, Rusiya İranla ticarətin həcmini və əməkdaşlığı genişləndirmək niyyətindədir.
Comment