0
Sunday 9 February 2014 - 14:50

Sisinin siyasi təcrübəsi yoxdur - Xalq seçkilərdə sayıq olmalıdır

Story Code : 349895
Sisinin siyasi təcrübəsi yoxdur - Xalq seçkilərdə sayıq olmalıdır
"IslamTimes" Fars xəbər agentliyinə istinadən bildirir ki, təcrübəli jurnalistlərdən olan Məhmməd Həsəneyn Hikel "Ət-Təhrir" şəbəkəsinə müsahibə verib. O bu müsahibədə müdafiə naziri Əbdül-Fəttah Sisiyə seçki proqramı hazırlaması ilə bağlı iddiaları inkar edib. 
Hikel deyib: "Camal Əbdün-Naser orduda fəaliyyət göstərməsinə baxmayaraq sırf bir siyasətçi idi və hər zaman siyasi məsələlərlə yaxından maraqlanırdı. O mükəmməl bir hərbçi deyildi. Amma Sisi sırf bir hərbçidir və bugünədək heç zaman siyasi məsələlərə qarışmayıb. Bu səbəbdən də deyə biləri ki, bu zəminədə o yetəri qədər təcrübəyə malik deyil. Sisinin prezident seçkilərində iştirakla bağlı qəti qərar çıxara bilməməsinə səbəb də elə bu mövzu idi.
O əlavə edib: Mənim nəzərimcə Sisinin prezident seçkilərində iştirak edəcəyi qətiləşib amma onun özünün bu mövzuda tərəddüd etməsi görə biləcəyi işlər barədə düşünməsi ilə əlaqəlidir. Müdafiə naziri bilməlidir ki, prezidentlik məsuliyyəti onun bu günə qədər gördüyü işlərdən fərqlənir.
Comment