QR CodeQR Code

Siyasi analitik: İranlıların ABŞ-a güvənməməsi üçün tutarlı səbəbləri var

Islamtimes , 9 Feb 2014 20:41

Islamtimes - Vaşinqtonun İslam Respublikasına qarşı uzun müddətli düşmənçiliyi səbəbindən İran xalqının ABŞ-a güvənməməsi üçün kifayət qədər səbəbi var.


Press TV-nin xəbər bürosunun rəhbəri Həmid İmadi deyib ki, Vaşinqtonun İslam Respublikasına qarşı uzun müddətli düşmənçiliyi səbəbindən İran xalqının ABŞ-a güvənməməsi üçün kifayət qədər səbəbi var.

Şənbə günü Press TV-də yayımlanan siyasi müzakirələr verilişində İmadi deyib ki, ABŞ-ın rəhbərliyi ilə 1953-cü ildə hökumətin baş naziri Muhəmməd Musəddiqiyə qarşı hərbi çevriliş, səkkiz illik İran-İraq müharibəsi zamanı İraqın sabiq diktatoru Səddam Huseynə dəstəyi, 1988-ci ildə İran sərnişin təyyarəsinə raket hücumu və İran xalqına qarşı zorakı sanksiyaların tətbiq edilməsi ABŞ-ın İran xalqına qarşı düşmənçiliyini göstərir.

O qeyd edərək bildirib: “İranın ABŞ-a hansı səbəbdən güvənməməsi və inanmaması üçün hər bir sübut və səbəbi var.”

İmadi Vaşinqtonu İran ilə nüvə müzakirələri zamanı ikili siyasət yeritdiyi üçün tənqid etmiş və demişdir ki, ABŞ dövlət katibinin müavini olan Vendi Şerman da daxil olmaqla bir sıra ABŞ rəsmiləri ABŞ konqres üzvlərini maliyyələşdirən İsrail lobbisini razı salmaq üçün təhqiredici və məntiqsiz olan bəyanatları yaymağa davam edirlər.

Analitik qeyd edərək bildirib: “ABŞ yer kürəsi planetində olan heç bir dövlətə hörmət ilə yanaşmır. ABŞ çox asan şəkildə pilotsuz təyyarələr vasitəsilə digər ölkələrdə olan dinc insanları hədəfə alaraq beynəlxalq qanunları pozur. ABŞ-ın digər dövlətlərin ərazi bütövlüyünə heç bir hörməti yoxdur.”

Şənbə günü İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei deyib ki, İranda rejim dəyişikliyini istəmədiklərini deyən Amerika rəsmiləri həqiqətdə yalan danışırlar.

İslam Rəhbəri hegamon güclərə güzəştə getməyin heç bir yerə aparıb çıxarmayacağını bildirmiş və demişdir ki, bu zorakı və işğalçı qüvvələr yalnız müstəqil olan dövlətlərə öz kukla rəhbərləri yerləşdirmək istəyirlər.


Story Code: 350027

News Link :
https://www.islamtimes.org/az/news/350027/siyasi-analitik-iranlıların-abş-a-güvənməməsi-üçün-tutarlı-səbəbləri-var

Islam Times
  https://www.islamtimes.org