QR CodeQR Code

İsveçrə miqrantların üzünə qapılarını bağladı

10 Feb 2014 09:29

IslamTimes - Belə ki, ölkədə keçirilmiş ümumilli referendumda iştirak edən vətəndaşlar dövlətin miqrasiya ilə bağlı qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləyib.


Ölkənin əksər kantonlarında seçicilərin yarıdan çoxu xaricilərin gəlişi ilə bağlı kvotaların yeridilməsinə səs verib. 
Referendum İsveçrənin mühafizəkar Xalq Partiyasının təşəbbüsü ilə keçirilib. Partiya xaricilərin təhsili və məşğulluğu ilə bağlı kvotaların tətbiq olunmasının tərəfdarıdır. Rəsmilər bir çox ölkələrdən, o cümlədən qonşu Avropa Birliyi ölkələrindən böyük miqrant axının, evlərin icarə qiymətlərinin artımı, isveçrəlilər arasında işsizliyin artımı və nəqliyyat şəbəkəsinin həddən artıq yüklənməsi ilə nəticələndiyini hesab edir.
Qeyd edək ki, İsveçrədə əhalinin dördə bir hissəsini məhz xaricilər təşkil edir. Miqrantların sayı 2002-ci ildə Avropa Birliyi ilə İsveçrə arasında vətəndaşların sərbəst hərəkəti ilə bağlı sazişin imzalanmasından sonra xüsusilə artıb.         anspress


Story Code: 350060

News Link :
https://www.islamtimes.org/az/news/350060/isveçrə-miqrantların-üzünə-qapılarını-bağladı

Islam Times
  https://www.islamtimes.org