0
Monday 10 February 2014 - 14:20

"DAESH"-in 800 üzvü qətlə yetirilib

Story Code : 350160
"DAESH"-in 800 üzvü qətlə yetirilib
"IslamTimes" "FarsNews"a istinadən xəbər verir ki, İraq ordusu "DAESH" terror təşkilatına (İraq və Şam İslam Dövləti) qarşı bir sıra əməliyyatlar həyata keçirib. İraqın "Əl-İraqiyyə" kanalı təhlükəsizlik mənbələrindən birinə istinadən bildirib ki, son 3 ay ərzində "DAESH"-in (İraq və Şam İslam Dövləti) 800 üzvü qətlə yetirilib. Bu 800 nəfərdən 300-dən çoxu ərəb dövlətləri vətəndaşıdır. 
Mənbə bildirib ki, bu əməliyyatlar Əl-Ənbar, Həmrin dağları, Neynəva, Səlahiddin, Babil və Bağdadın ətraf məntəqələrində aparılıb.
Bildirilir ki, "DAESH" terror təşkilatı ağır təlafatlar verib və hazırda terror əməliyyatlarını həyata keçirmək üçün maliyyə problemləri ilə üz-üzədir.
Comment