QR CodeQR Code

"DAESH"-in 800 üzvü qətlə yetirilib

10 Feb 2014 14:20

IslamTimes - Son 3 ay ərzində "DAESH"-in (İraq və Şam İslam Dövləti) 800 üzvü İraq ordusu tərəfindən qətlə yetirilib.


"IslamTimes" "FarsNews"a istinadən xəbər verir ki, İraq ordusu "DAESH" terror təşkilatına (İraq və Şam İslam Dövləti) qarşı bir sıra əməliyyatlar həyata keçirib. İraqın "Əl-İraqiyyə" kanalı təhlükəsizlik mənbələrindən birinə istinadən bildirib ki, son 3 ay ərzində "DAESH"-in (İraq və Şam İslam Dövləti) 800 üzvü qətlə yetirilib. Bu 800 nəfərdən 300-dən çoxu ərəb dövlətləri vətəndaşıdır. 
Mənbə bildirib ki, bu əməliyyatlar Əl-Ənbar, Həmrin dağları, Neynəva, Səlahiddin, Babil və Bağdadın ətraf məntəqələrində aparılıb.
Bildirilir ki, "DAESH" terror təşkilatı ağır təlafatlar verib və hazırda terror əməliyyatlarını həyata keçirmək üçün maliyyə problemləri ilə üz-üzədir.


Story Code: 350160

News Link :
https://www.islamtimes.org/az/news/350160/daesh-in-800-üzvü-qətlə-yetirilib

Islam Times
  https://www.islamtimes.org