0
Sunday 22 August 2010 - 15:43

“Türkiyə Azərbaycanda hərbi baza quracaq”

Story Code : 35040
“Türkiyə Azərbaycanda hərbi baza quracaq”
“Türkiyə Azərbaycanda hərbi baza quracaq”
Faktxeber-in verdiyi məlumata görə, Rusiyada nəşr olunan Nezavisyama qəzeti, Türkiyənin, Ermənistandakı Rusiya hərbi bazasının müddətinin 2044-cü ilə qədər uzadılmasına cavab olaraq Azərbaycanda hərbi baza qura biləcəyini iddia edib. Qəzet, mövzunun Türkiyə prezidenti Abdullah Gülün Bakı səfəri əsnasında müzakirə edildiyini də bildirib. Qəzet həmçinin bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynaya biləcəyi üçün Rusiyaya yaxın mövqedə dayanırdı. Bakı, Moskva-Yerevan yaxınlaşmasından sonra artıq bu ümidini itirib.
Moskvadan ümidinin itirən Azərbaycan ilə Türkiyənin, Gümrüdəki Rusiya hərbi bazasının müddətinin 2044-cü ilə qədər uzadılmasına cavab olaraq, Bakı ilə Ankara arasında keçirilən görüşlər nəticəsində Türkiyənin Azərbaycanda hərbi baza qura biləcəyini yazıb. Türkiyə prezidenti Abdullah Gülün son səfəri əsnasında Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlərdə bu mövzunu gündəmə gətiriblər. Qəzet Gümrüdəki hərbi bazanın böyük ehtimalla Naxçıvan torpaqlarında qurula biləcəyini iddia edib.
Comment