QR CodeQR Code

Netanyahu baykot təhdidi səbəbindən nazirlər ilə görüşüb

Islamtimes , 11 Feb 2014 09:13

Islamtimes -Sionist baş naziri Benyamin Netanyahu Qərb Sahilində məskunlaşma siyasəti səbəbindən iqtisadi baykot təhlükəsinə qarşı strategiyanı müzakirə etmək məqsədi ilə dövlətin üç əsas nazirləri ilə görüş keçirib.


Məlumatda deyilir ki, bazar günü təşkil edilən görüşə xarici işlər naziri Aviqdor Liberman, İqtisadiyyat naziri Naftali Bennett və Strateji işlər naziri Yuval Steynitiz qatılıblar.

Bu görüş ABŞ dövlət katibi Con Kerrinin İsraili xəbərdar edərək Fələstin ilə danışıqların pozulması nəticəsində daha çox baykot kompaniyası ilə qarşılaşacağını bildirdikdən iki həftədən az bir müddət sonra baş verdi.

Sayları günü-gündən artmağa davam edən hökumətlər və beynəlxalq ticarətçilər elan edərək bildiriblər ki, onlar işğal edilmiş Fələstin ərazilərində fəaliyyət göstərən şirkətlər ilə ticarət etməyəcəklər.

Beynəlxalq baykot və sanksiya kompaniyası hökumətləri, tacirləri və iş adamlarını işğal edilmiş Fələstin ərazilərində mövcud olan sionist şirkətləri ilə əlaqələri kəsməyə inandırmağa çalışır. Bunu etməkdən məqsəd Cənubi Afrikada işğala son qoyan baykot kompaniyasını təkrar etməkdir.

Baykot kompaniyası çərçivəsində Avropa Birliyi də işğal edilmiş torpaqlarda fəaliyyət göstərən qurum və şirkətlərə yardım və qrant ayrılmasına qarşı qadağa qoyduğunu elan edib.

Avropa Birliyi xarici işlər nazirliyi rəsmisi bəyan edərək bildirib ki, Baykot və Sanksiya Kompaniyası ilə Avropa Birliyi dövlətləri və inistitutları arasında sionistlərin Qərb Sahilindəki fəaliyyətləri ilə bağlı olaraq xeyli dərəcədə fərq mövcuddur.
Kompaniya bütün fələstinli qaçqınların İsrailə geri qayıtmasını və beləliklə də İsrailə son qoyulmasını tələb edir.


Story Code: 350434

News Link :
https://www.islamtimes.org/az/news/350434/netanyahu-baykot-təhdidi-səbəbindən-nazirlər-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org