0
Tuesday 11 February 2014 - 01:11

Hizbullah Suriyada qalmağa davam edəcək

Story Code : 350708
Hizbullah Suriyada qalmağa davam edəcək
Hizbullah Suriyada qalmağa davam edəcək
Hizbullah baş katibinin müavini Nəim Qasim bazar günü deyib ki, müqavimət hərəkatının Suriyada mövcudluğundan məqsəd orada mövcud olan münaqişənin qonşu Livan ərazisinə keçməsinin qarşısını almaqdır.

O deyib ki, İsrail xaricdən dəstək alan üsyançıları dəstəkləyir.
O deyib: “Biz öz işimizi davam etdirəcəyik və siyasi mövqeyimizə uyğun olaraq Suriyada qalacağıq. Biz vuruşduğumuz yerdə vuruşmağa davam edəcəyik. Biz hər halda oluruqsa olaq müqavimətə davam edəcəyik. İsrailə və onun əl altılarına qarşı müqavimət Hizbullahın siyasi mövqeyidir.”

Hizbullah rəsmisi əl Qaidə terror şəbəkəsinin Livanda törətdiyi terror hücumunu qınamış və Hizbullah dəstəkçilərini bu cür təhdidlər qarşısında möhkəm durmağa çağırmışdır.

O həmçinin deyib ki, hücum hər iki tərəfi hədəfə alıb: uşaqlar, kişilər, qadınlar da daxil olmaqla müqaviməti və terroristlərin planına qarşı çıxan Livan ordusunu.

O əlavə edərək deyib: “Onların bizə qarşı apardığı müharibə qurban tələb edir və biz bütün gücümüzlə çalışırıq ki, itgi və zədələrəi minimuma endirək.”

Livan yaxın aylar içərisində ölümcül bombalı hücumlara məruz qalıb. Bir çoxları bu zorakılığı qonşu Suriyada mövcud olan münaqişənin artıq Livana keçməsi ilə əlaqələndirirlər.

Suriyada fəaliyyət göstərən əl Nusra cəbhəsi və İraq İslam Dövləti Livanda baş verən bir sıra bombalı hücuma görə məsuliyyəti öz üzərilərinə götürüblər.

2013-cü ilin may ayında Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah deyib ki, qrup üzvləri Livanı və müqavimət hərəkatını təhdid edən Qərbin dəstəklədiyi təkfirçi qrup ilə mübarizə aparmaq üçün Suriya hökuməti ilə birgə Suriyada mövcud olan münaqişəyə qoşulub.
Source : Islamtimes
Comment