0
Tuesday 11 February 2014 - 01:28

Almaniya-Türkiyə əməkdaşlığı

Story Code : 350714
Almaniya-Türkiyə əməkdaşlığı
Almaniya-Türkiyə əməkdaşlığı
Almaniya Federal Təhlükəsizlik Təşkilatı Başçısı Jörg Ziercke Suriyaya döyüşmək üçün gedən və geri dönənlərin Almaniya üçün böyük bir təhlükə meydana gətirdiyini söylədi. Ziercke “Deutschlandfunk”a verdiyi açıqlamada qarşıdurma təcrübəsinə sahib bu “islamçıların” Almaniyada hücum əmrini ala biləcəyi narahatlığını dilə gətirdi.
Almaniyada Suriyaya döyüşmək üçün gedən radikalların həbs edilməsi mövzusunda Türkiyədən daha çox əməkdaşlığa getməsi gözlənilir. Federal Daxili İşlər Nazirliyi Sol Partiyasının sorğusu üzərinə edilən şərhdə 2013-ci ildə Almaniyadan Suriyaya döyüşmək üçün gedən 10 Alman vətəndaşının Türkiyədə tutularaq Almaniyaya göndərildiyi ifadə edildi. Bunlardan ikisinin döyüşdüyü təsbit edildi.

“Türkiyə yeterli məlumat vermir”
Sorğu verən Sol Partiyasının daxili Siyasət mütəxəssisi Ulla Jelpke Türk hökumətinin bu mövzuda Almaniyaya kifayət qədər məlumat vermədiyini söylədi. Jelpke “Aydındır ki, Ərdoğan hökuməti səhv xəbərlərlə öz ölkəsində və ya Qərb ölkələrində Suriya siyasətini tənqid edənləri yanıltmağa çalışır” dedi.
Almaniyadan döyüşmək üçün Suriyaya gedənlərin sayında son aylarda artım müşahidə olunur. Almaniyanın daxili kəşfiyyat xidməti Federal Konstitusiyanı Qoruma Təşkilatı Suriyaya gedənlərin sayının 270-dən çox olduğunu ifadə etdi.

“Türkiyənin əməkdaşlığına möhtacıq”
Beynəlxalq terrorizm mütəxəssisi Guido Steinberg DPA-ya verdiyi açıqlamada xüsusilə qadağan olunmuş “Milləti İbrahim” kimi sələfi qrup və təşkilatların Suriyaya döyüşmək üçün insan qazanmağa çalışdığını söylədi. Steinbergə görə Suriyaya gedənlərin sayındakı artımın ölkəyə problemsiz şəkildə gedilə bilməsiylə yaxından əlaqəsi var. Mütəxəssis “Bu vəziyyəti nəzarət altına almaq istəyiriksə, Türkiyənin əməkdaşlığına möhtacıq. Türkiyə sərhədlərini daha yaxşı qorumalı, gedən cihadçılar haqqında daha ətraflı məlumat toplamalı, bunu bizə bildirməli və xarici döyüşçüləri tutmalıdır” dedi.
Source : Islamtimes
Comment