QR CodeQR Code

Hindistandan 11 sentyabra cavab

23 Aug 2010 03:26

IslamTimes - Hindistanda Quranın nazil olması münasibətilə və 11 sentyabrda təxribatçı Quranyandırma gününə cavab olaraq Qurani-Kərim müsabiqəsi keçiriləcək


Ramazan ayında Quranın nazil olması münasibətilə Hindistanda qarşıdakı həftə Qurani-Kərim müsabiqəsi keçiriləcək. İQNA İran Quran İnformasiya Agentliyi Times of India mənbəsinə istinadən bildirir ki, müsabiqəyə 250 hafiz və qari qatılacaq. Uç gün davam edəcək müsabiqə Əqdəs xeyriyyə cəmiyyəti və Əman komitəsi tərəfindən keçirilir. Müsabiqəyə 26 hakim nəzarət edəcək. Hind alimləri şurasının katibi Mövlana Mahmud Dəryabadi bu müsabiqənin həm də 11 sentyabrda təxribatçı Quranyandırma gününə cavab olduğunu bildirib.


Story Code: 35073

News Link :
https://www.islamtimes.org/az/news/35073/hindistandan-11-sentyabra-cavab

Islam Times
  https://www.islamtimes.org