QR CodeQR Code

Əlcəzairdə təyyarə qəzası nəticəsində 77 nəfər ölüb

12 Feb 2014 07:53

IslamTimes - Əlcəzairdə, son məlumatlara görə, “Herkules S-130” tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 77 nəfər ölüb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzairin Müdafiə Nazirliyinin açıqlamasında deyilir.   
Bundan əvvəl verilən xəbərə görə, təyyarənin qəzaya uğraması nəticəsində yalnız 1 nəfər sağ qalıb.
Məlumata görə, Tamanrasset şəhərindən Konstantina şəhərinə uçan təyyarənin qəzaya uğramasına səbəb qeyri sabit hava şəraiti olub.
Qeyd edək ki, təyyarədə hərbçilər və onların ailə üzvləri olub.


Story Code: 350736

News Link :
https://www.islamtimes.org/az/news/350736/əlcəzairdə-təyyarə-qəzası-nəticəsində-77-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org