QR CodeQR Code

Netanyahu Fələstinlə sülhü çətin iş sayır

23 Aug 2010 03:48

İslamTimes – Netanyahu: "İsrail sülhə can atır, amma hər dəfə maneələr yaradılır"


İsrailin baş naziri Benyamin Netanyahu Fələstinlə sülh əldə edilməsini Tel-Əviv üçün çətin iş sayır. 
PressTV Fransa mənbələrinə istinadən bildirir ki, Netanyahu İsrailin sülhə can atdığını, amma hər dəfə maneələr yaradıldığını bildirib. İşğalçı rejimlə Fələstin arasında sülh müzakirələri 2008-ci ilin dekabrında Qəzzə zolağına vəhşi hücumdan sonra dayandırılıb. 21 gün uzanmış təcavüzkar müharibədə 1400 fələstinli həlak olub, bölgənin iqtisadiyyatına 1,6 milyard dollar zərər dəyib. Administrasiyanın yüksək rütbəli rəsmilərindən olan Məhəmməd Dehlan bildirib ki, onlar Netanyahunun yox, Fələstinin şərtlərinə uyğun müzakirələrə hazırdırlar.


Story Code: 35075

News Link :
https://www.islamtimes.org/az/news/35075/netanyahu-fələstinlə-sülhü-çətin-iş-sayır

Islam Times
  https://www.islamtimes.org