0
Tuesday 11 February 2014 - 14:27

Gülən kimləri evləndirir?

Story Code : 350866
Gülən kimləri evləndirir?
Gülən kimləri evləndirir?
MGK-ya (Milli Təhlükəsizlik Qurumu) təqdim edilən hesabatda Gülən camaatının Uzaq Şərqdə təşkilatlanmaq üçün etdiyi cəhdlərdən biri bu sözlərlə ifadə edilir: “Qrupun son illərdə Uzaq Şərqə də yönəldiyi, xüsusilə Yaponiya və Cənubi Koreyadakı işlərini artırdığı, bu çərçivədə xatırlanan ölkələrdə mövcud dil mərkəzlərinə əlavə olaraq Yaponiyada bir Kollecin açıldığı ayrıca, bu ölkələrdə vəzifəli camaat mənsublarından təxminən 90 nəfərin yerli xalqla evləndiyi, bu evliliklərin yaşadılması və artırılması üçün səy göstərildiyi istiqamətində məlumatlar alınmışdır”.

Gülən istədi, camaatı ABŞ-a transfer oldu

Barış Pehlivan və Barış Terkoğlunun xəbərinə görə, Milli Kəşfiyyat Təşkilatının (MİT) “Fəthullah Gülən Qrupunun Xaricdəki fəaliyyətləri” adıyla Milli Təhlükəsizlik Qurumunun (MGK ) 24 iyun 2004 -cü il tarixli yığıncağına təqdim etdiyi hesabatda ən təəccüblü detallardan biri bu sözlərlə izah edilir: “Hazırda 4 ədəd kollec və bir universitet səviyyəsində məktəb ilə fəaliyyət göstərilən ABŞ-a, xüsusilə Fətullah Gülənin yerləşməsinin ardından adı çəkilən şəxsin istəyi ilə ciddi bir heyət transferinin reallaşdırıldığı ifadə edilməkdədir. Hələ də adı çəkilən ölkədəki universitetlərdə magistratura və doktorluq oxuyan tələbələrlə biznesmenlərdən ibarət qrup mənsublarının gələcəkdə Türk, Boşnak, Alban mənşəli və Müsəlmanlığa müzahir Amerikan vətəndaşlarıyla əlaqə qurmaq surətiylə ABŞ-da təsirli bir mövqe əldə etmələri ehtimal olunur”.

Camaat mənsubları Uzaq Şərqlilərlə evlənir

MİT Gülən camaatının Uzaq Şərqdə təşkilatlanmaq üçün etdiyi cəhdlərdən maraqlı bir iddianı da kəşfiyyat hesabatında bu sözlərlə əks olunur: “Digər tərəfdən qrupun son illərdə Uzaq Şərqə də yönəldiyi, xüsusilə Yaponiya və Cənubi Koreyadakı işlərini artırdığı, bu çərçivədə xatırlanan ölkələrdə mövcud dil mərkəzlərinə əlavə olaraq Yaponiyada bir Kollecin açıldığı ayrıca, bu ölkələrdə vəzifəli camaat mənsublarından təxminən 90 nəfərin yerli xalqla evləndiyi, bu evliliklərin yaşadılması və artırılması üçün səy göstərildiyi istiqamətində məlumatlar alınmışdır”.
“Qarşı”nın xəbərində Gülən camaatının maliyyəçilərindən təhsil taktikalarına qədər bir çox nüanslar ilk dəfə ortaya çıxır.
Source : İslamtimes
Comment