QR CodeQR Code

İran 178 ölkə ilə ticarət əlaqələri qurub

12 Feb 2014 14:55

IslamTimes - İran İslam Respublikası Gömrük Komitəsi tərəfindən verilən açıqlamaya görə, hal-hazırda İranın 178 ölkə ilə ticarət əlaqələri vardır.


Xəbərə görə, İranın digər ölkələrlə ticarət həcmi 21 yanvar tarixindən bu yana 71 milyard 384 milyon dollara çatıb. İranın qeyri-neft sektorundakı ixracat payı maye qaz ilə birlikdə 33 milyard 788 milyon dollar olub.
 
Hal-hazırda İranın qeyri-neft ixracatı 3.449 növ məhsulu əhatə etməkdədir. Bu da İranın dünya ölkələrinə ixracat potensialını və gücünü göstərir.  /Deyerler/


Story Code: 350883

News Link :
https://www.islamtimes.org/az/news/350883/iran-178-ölkə-ilə-ticarət-əlaqələri-qurub

Islam Times
  https://www.islamtimes.org