0
Wednesday 12 February 2014 - 14:40

Amerikalı professor: Sionist rejiminin məhvi qaçılmazdır

Story Code : 351244
Amerikalı professor: Sionist rejiminin məhvi qaçılmazdır
Amerikalı professor: Sionist rejiminin məhvi qaçılmazdır
Bazar ertəsi günü Press TV-yə müsahibə verən Kevin Barret deyib: “Həqiqətlərin aşkar olması və ədalətin tələb edilməsi tezliklə Sionist rejiminin sonunu gətirəcək həqiqi məhv edici təhlükədir.”

O deyib ki, sionistlərin İranın nüvə silahı istehsal etməsi haqqında iddialarının artıq yalan olduğu sübut olunub və onların irqi müstəmləkə planları artıq boşa çıxıb.

Barrett deyib: “Əsil narahatçılığa səbəb nə İran nüvə bombasıdır, nə də ki, Fələstin xalqı. Həqiqi narahatçılıq və həqiqi düşmən tədricən bütün dünyada bir bomba kimi partlayan sionist həqiqətləridir.”

O deyib ki, sionistlərin həqiqətləri ört-basdır etmək cəhdləri onları fəlakat ilə üz-üzə gətirir.

O deyib: “İnternet əsrində və alternativ medianın meydana çıxdığı bir vaxtda xəbər agentliklərini satın almaq və onları sənə işləməyə vadar etmək çox da çətin deyil.”

Barret sionistlərin məhvini bu il və yaxud növbəti ilə təsadüf edəcəyini bildirib və bunun mütləq dünya müharibəsi və yaxud da maliyyə uçurumu ilə baş verməyəcəyini deyib.

O deyib ki, artıq Avropada daha çox dövlət rəsmiləri İsrail rejiminə qarşı kobud və sərt şəkildə danışmağa başlayıblar.

İsrailə qarşı aparılan beynəlxalq baykot kompaniyası artıq öz nəticəsini verməkdədir. Belə ki, artıq bir sıra dövlətlər və beynəlxalq qurumlar İsrailin işğal etdiyi Fələstin ərazilərində fəaliyyət göstərən şirkətlərə qarşı baykot tətbiq ediblər.
Source : İslamtimes
Comment