QR CodeQR Code

Amerikalı aktivist: Netanyahu qəddar və mənfur bir insandır

İslamtimes , 13 Feb 2014 15:58

Islamtimes - Amerikalı siyasi şərhçi İsrail baş naziri Benyamin Netanyahunu Obama administrasiyasını Müsəlman dövlətləri və İran ilə müharibəyə çəkmək istəyən qəddar və mənfur insan olduğunu bildirib.


Benyamin Netanyahu gələn ay Vaşinqtonda prezident Barak Obama ilə görüşməyi planlaşdırır və o həmçinin Amerika İsrail İctimai Əlaqələr Komitəsinin ənənəvi iclasında da iştirak edəcək.

Müşahidəçilər deyir ki, bu iclas Netanyahu üçün Obama administrasiyasına İran nüvə enerji proqramı səbəbindən daha çox təziq qoyması üçün bir fürsət olacaq.

“Qara Müstəqillik Şəbəkəsi Cəmiyyəti” təşkilatının üzvü olan Randy Short deyib: “İsrail baş naziri Benyamin Netanyahu fələstinliləri və müsəlmanları nifrət edən maniak, sadist, qəddar və mənfur bir şəxsdir.”

Çərşənbə axşamı günü Press TV-yə müsahibə verən Short deyib: “Bu şəx müsəlmanların və ümumilikdə ərəblərin qanına susayıb və onun İrana qarşı hücum siyasi mücadiləsinin əsas səbəbi onun qan axıtma əməlinə həddən artıq vurğun olmasıdır.”

Afro Amerikalı aktivist deyib ki, Obama və Demokrat partiyası Respublikaçı partiyası kimi məsələ İrana gəldikdə onlar maliyyə cəhətindən asılı olduqları Sionist rejiminin maraqlarına uyğun hərək edirlər.

ABŞ hökuməti Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AİPAC) kimi İsrail lobbi qruplarının güclü təsiri səbəbindən İsrail maraqlarına xidmət etməyə məcbur edilir.

AİPAC var qüvvəsi ilə çalışır ki, ABŞ senatorlarını Tehran əleyhinə yeni sanksiya qanun layihəsi qəbul etməyə razı salsın.
2 Mart tarixindən 4 mart tarixinə kimi davam edəcək AİPAC siyasi konfransı qrupun anti-İran fəaliyyətinin növbəti mərhələsi olacaq.


Story Code: 351294

News Link :
https://www.islamtimes.org/az/news/351294/amerikalı-aktivist-netanyahu-qəddar-və-mənfur-bir-insandır

Islam Times
  https://www.islamtimes.org