0
Friday 14 February 2014 - 15:22

İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları Vyanada keçiriləcək

Story Code : 351573
İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları Vyanada keçiriləcək
APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib.
O bildirib ki, danışıqların bir neçə gün davam edəcəyi gözlənilir: “Əvvəlki müzakirələr bir neçə gün çəkdi və sonra ölkələrimizə qayıtdıq. İndi yenidən danışıqlar masası arxasına keçirik. Mən müzakirələrin neçə gün çəkəcəyini dəqiq deyə bilmirəm. Ancaq bir neçə gün davam edəcəyi gözlənilir”.
M.Harf deyib ki, ABŞ dövlət katibinin müavini Vendi Şermanın İran rəsmiləri ilə müzakirələri nüvə məsələsi ilə bağlı olub.
Comment