0
Friday 14 February 2014 - 22:57

Bəhreyndə kütləvi iğtişaşlar baş verib

Story Code : 351724
Bəhreyndə kütləvi iğtişaşlar baş verib
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Manamada nümayişçilər və polis arasında toqquşmalar baş verib. Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib, bir neçə nəfərin yaralandığı bildirilir.
Ölkənin  müxalifətçi “Əl-Vefaq” partiyası tərəfdarlarını “ərəb baharı”nın üçilliyini qeyd etmək üçün küçələrə çıxmağa çağırıb.
Bir gün əvvəl hüquq mühafizə orqanları 29 nəfəri etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edib.
Comment