0
Saturday 15 February 2014 - 00:56

“Arxadan vurdular…”

Story Code : 351763
“Arxadan vurdular…”
“Arxadan vurdular…”
Baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğan və rəhbərliyində olduğu Türkiyə Təhsil və Təhsilə Xidmət Vəqfi (TÜRGEV ​) ilə 17 dekabr əməliyyatında adı hallanan nazir övladları “paralel quruluş” ilə birlikdə hərəkət edən prokurorlara iddia açacaq. Mövzuyla bağlı açıqlamanı dünən ATO Congressiumda keçmiş millət vəkilləriylə yeməkdə görüşən Baş nazir Ərdoğan etdi.
Alınan məlumata görə, yemək zamanı etdiyi çıxışda hökumətə qarşı əməliyyatı reallaşdıran prokurorların “paralel quruluş” ilə birlikdə hərəkət etməsini tənqid edən Ərdoğan “Oğlum və nazirlərimizin övladları prokurorlara təzminat iddiası açacaq” dedi. Ərdoğan övladlarının rəhbərlik etdiyi TÜRGEV-in də iddia açacağını söylədi.

Millət bizə dua edir
Gülən camaatının ona qarğış etdiyi iddialarına da toxunan Ərdoğan “Uzun adam” deyə mənə qarğış edirlər. Sonra da “bu qədər ildir bəddua edirik yerinə yetmir” deyə öz-özlərinə şikayət edirlər. Xalis olsanız bədduanız yerinə yetərdi. Onlar səmimi olmadıqları üçün ayaqları sürüşür. Amma millət bizə səmimi dua edir, biz də səmimiyik” dedi. 17 dekabr əməliyyatının yalnız AKP-yə qarşı olmadığını, dövlətə, birlik və bərabərliyə qarşı bir əməliyyat olduğunu qeyd edən Ərdoğan “Mübarizəni buraxmayacağam. Bizi arxadan vurdular” dedi.
Source : Islamtimes
Comment