QR CodeQR Code

AB-nin Türkiyədən şok istəyi

15 Feb 2014 09:05

IslamTimes - Mərkəzi Afrika Respublikasında müsəlmanlara qarşı edilən soyqırıma son qoyulması üçün AB Türkiyədən dəstək istəyib.


"Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Dünən Brüsseldə fransız general Filip Pontiesin rəhbərliyi altında əməliyyat yığıncağı keçirilib.  Yığıncağa Avropa Birliyi ölkələri daxil olmaqla, Türkiyə, ABŞ, Kanada və Gürcüstan qatılıb.
 
Yığıncağda iştirak edən ölkələrdən yalnız Gürcüstan hərbi əməliyyatlara qatılacağını bildirib.  

Mərkəzi Afrika Respublikasına ordu göndərməyə hazırlaşan Avropa Birliyi məsələ ilə bağlı rəsmi Ankaraya təklif göndərib. Təklifdə Türkiyədən Afrikaya ordu göndərilməsi istənilir.


Story Code: 351794

News Link :
https://www.islamtimes.org/az/news/351794/ab-nin-türkiyədən-şok-istəyi

Islam Times
  https://www.islamtimes.org