0
Saturday 15 February 2014 - 23:28

Sionistlər beş fələstinliyə atəş açaraq yaralayıblar

Story Code : 352105
Sionistlər beş fələstinliyə atəş açaraq yaralayıblar
Sionistlər beş fələstinliyə atəş açaraq yaralayıblar
Nazirliyin sözçüsü Əşrəf əl Qadranın Türkiyənin Anadolu xəbər agentliyinə verdiyi məlumata əsasən yüzlərlə fələstinli fəal cümə günü Qəzza Zolağının şimalında yerləşən Cabilanın şərqində sionistlərin sərhəd boyu ərazidə inşa etdikləri 300 metirlik maneənin aradan qaldırılmasını tələb etmək üçün etiraz nümayişi təşkil ediblər.

O əlavə edərək deyib ki, sionist ordu qüvvələri etirazçılara qarşı atəş açmış və göz yaşardıcı qazlardan istifadə etmişdir, nəticədə beş fələstinli yaralanmışdır.

2012-ci ilin sonlarında Fələstin müqavimət hərəkatı Həmas ilə sionist İsrail arasında gedən müharibəyə Misirin vasitəçiliyi ilə əldə edilən atəşgah nəticəsində son qoyuldu.

Baxmayaraq ki, sülh razılaşması nəticəsində sionist qüvvələri sərhəd ərazidən geri çəkilməli və fələstinli fermerlərə öz ərazilərini əkməyə icazə verməli idilər, ancaq onlar bu razılaşmanın şərtlərinə əməl etməyərək fələstinlilərə qarşı zorakılığı davam etdirirlər.

Həm şimalda, həm də cənubda ola fələstinli fermerlər tez-tez sionist qüvvələrinin hücumlarına məruz qalırlar.
Source : Islamtimes
Comment