QR CodeQR Code

Ərdoğana cavab verməyə dəyməz

İslamtimes , 15 Feb 2014 15:33

İslamtimes - Misir Xarici İşlər Nazirliyi rəsmi sözcüsü Bədir Abdülati Baş nazir Ərdoğanın Misirlə bağlı etdiyi açıqlamalara cavab verməyə belə dəymədiyini ifadə etdi.


Misir rəsmi xəbər agentliyi “Yaxın Şərqə” verdiyi müsahibədə Abdülati “Ərdoğanın iyun inqilabını dövlət çevrilişi olaraq xarakterizə etməsi və ölkəsinin Misirdə prezident olaraq seçiləcək hər hansı bir şəxsiyyəti tanımayacağına bağlı açıqlamalarının əhəmiyyətsiz olduğunu, cavab veriləcək səviyyədə olmadığını” ifadə etdi. Abdülati Misirdə qanunilik təmin edəcək tək tərəfin Misir xalqı olduğunu vurğulayaraq ölkənin rəhbərliyini və gələcəyini təyin edən tərəfin də xalqın iradəsi olduğunu qeyd etdi.
Qeyd edək ki, misirli siyasətçilər Ərdoğanın İngilis “Əl-Cəzirə” kanalına etdiyi və Misirdə qadağan olunmuş “Müsəlman Qardaşları” dəstəkləyici şərhlərini şiddətlə qınayıb.


Story Code: 352243

News Link :
https://www.islamtimes.org/az/news/352243/ərdoğana-cavab-verməyə-dəyməz

Islam Times
  https://www.islamtimes.org