QR CodeQR Code

Suriya Türkiyə sərhədində partlayış

İslamtimes , 14 Feb 2014 15:48

İslamtimes - Suriyanın Efrin bölgəsinə ötən günlərdə bomba yüklü bir avtomobillə keçməyə çalışarkən üstlərindəki bombaları erkən partladan bir qrup intiharçı terroristin Türkiyədən keçdikləri iddia edilir. İddiaya görə, intiharı reallaşdırmadan tutulan misirli bir şəxsin İstanbulda yaşamaq üçün icazəsi olduğu da qeyd edildi.


Suriyada kürdlərin nəzarətində olan Efrində 6 fevral bombalı hücumlar həyata keçirmək istəyən bir qrup intiharçı terrorist nəzarət məntəqəsində saxlanılarkən üstlərinə bağladıqları bombaları partlatdılar. Bu partlayış nəticəsində maşının içərisindəki 6 nəfər öldü.
Ələ keçirilən pasportlarda təcavüzkarların şəxsiyyət məlumatları və haradan gəldikləri ortaya çıxdı.
Fırat Xəbər Agentliyinin xəbərinə görə, intiharçılardan biri olan Hazen İsmayıl Əbdülkərim Əhmədin pasportunda 29.11.2013-cü il tarixində İstanbula gəldiyi qeyd olunur.
Hazen İsmayıl Əbdülkərim Əhmədin həyat yoldaşı Esma Semir Kamis Məhəmməd Maruf da eyni tarixdəTürkiyəyə daxil olub. Esma Marufun pasportunda İordaniya və Səudiyyə Ərəbistanı kimi ölkələrə giriş-çıxış etdiyini göstərən viza möhürləri var. Ancaq Türkiyədən çıxışlarına dair hər hansı bir qeyd yoxdur.

Yaşamaq üçün vizası olanlar da var

İntihar aktivistləri ilə birlikdə hərəkət edən digər “evli bir cüt” özlərini məhv etmələrinə fürsət verilmədən tutuldu. Bu şəxslərin pasportları araşdırıldıqda çox əhəmiyyətli nüanslar meydana çıxdı. Bu nüanslardan ən önəmlisi Muhamməd Yasri Əli Əl-Zamekin İstanbulda yaşamaq üçün viza almasıdır. Əl-Zamekin pasportunda Türkiyəyə 23.08.2013-cü il tarixində daxil olduğu görülür. 25 dekabrda xaricilərlə iş şöbəsindən Türkiyədə yaşamaq üçün təzkərəaldığı və bu şöbədən aldığı təzkərədə subay olduğu qeyd olunur.

İstanbulun ən işlək yerinde iş yeri açmışlar

Əl-Zamek bölgədəki səlahiyyətlilərə verdiyi ifadədə Türkiyədə yaşamaq üçün aldıqları təzkərənin misirlilərin yardımı ilə aldığını söyləyərkən onların İstanbulun ən işlək yerlərində iş yeri açdıqlarını və bütün yaşamaq üçün olan vizaların o iş yeri üzərindən alındığını söylədi.
Əl-Zamek haqqında danışılan iş yeri sahibinin də bir misirli olduğu və telefonunun da onlara verildiyini ifadə etdi.
Əl Zamek ilə birlikdə tutulan qadının Zamekin həyat yoldaşı olduğu bildirildi. Qadının Türkiyədə yaşamaq icazəsi olmasa da onun da Türkiyəyə giriş vizası var.

İki pasaportlu aktivist

Zamekin həyat yoldaşı olaraq təqdim etdiyi qadının üstündən Misir və Suriyaya aid iki pasport çıxdı. Misir pasportunda qadının adı Fadile Kamal Məhəmməd Fati Karawya olaraq qeyd olunub. Bu pasporta görə isə Fadile Karawya 1985-ci ildə İsgəndəriyyəyə bağlı Port Səiddə doğulub.
Qadının Suriya pasportunda Zeynəb Hasko adı qeyd olunur. Suriya pasportunda Hasko 1974-cü ildə doğulan Efrin Kibar kəndinə qeydli olaraq görünür. Alınan məlumatlara görə eyni adda Kibar kəndində bir qadın var və uzun illərdir Avropada yaşayır. Suriya pasportu Rojavaya rahat giriş- çıxış etmək üçün bu ad üzərindən Hasekədən alınmışdır.
Qadının Hasekədə aldığı pasportla 08.04.2010-cu il tarixində Mardindən Türkiyəyə daxil olduğu və 11.11.2010-cu il tarixində çıxdığı aydın olur.
Yenə 07.02.2013 -ci ildə Akçakale sərhəd qapısından Urfaya daxil olan qadının buradan çıxış etdiyinə dair qeydiyyat yoxdur.

Komandirlər də Türkiyədən geçmişlər
Hadisənin reallaşdığı gündən sonra ələ keçirilən pasportlar üzərinə edilən araşdırmalar nəticəsində Matravi Faruk Zəki Məhəmməd adında bir nəfərin də pasportunun tapılması üzərinə araşdırmalar dərinləşdirilmişdi.
Sağ olaraq tutulanlar Məhəmmədin Nəciyədə qalan komandirləri olduğunu özlərini onun göndərdiyini etiraf etdilər.
İstintaqda Matravinin Suriya və xüsusilə də Rojava ətrafında adı dəfələrlə hallanan İraq Şam İslam Dövlətinin (İŞİD) Əbu Cihad adlı komandiri olduğu təsbit edildi.
Əbu Cihad Misri də 24.10.2012 tarixində Türkiyəyə daxil olmuş və bir daha çıxış etməmiş olaraq görünür. Gələn kimi Suriyaya keçdiyi ehtimal edilən Matravinin təxminən iki ildir İdlib, Latkiye bölgələrində olduğu ifadə edilir.


Story Code: 352249

News Link :
https://www.islamtimes.org/az/news/352249/suriya-türkiyə-sərhədində-partlayış

Islam Times
  https://www.islamtimes.org