0
Sunday 16 February 2014 - 16:14

İran və "altılıq" ölkələri müzakirələrin yeni mərhələsinə başlayırlar

Story Code : 352255
İran və "altılıq" ölkələri müzakirələrin yeni mərhələsinə başlayırlar
Trend-in ISNA-ya istinadən verdiyi məlumata görə, nazir Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və "altılıq" nümayəndələri ilə Cenevrədə əldə olunmuş birgə fəaliyyət planının icrası üçün atılacaq son addımları müzakirə edəcək.
M.C.Zərif ötən gün İran Dövlət Televiziyasına müsahibəsində fevralın 17-də Vyanada keçiriləcək müzakirələri çətin adlandırmışdı.
Qeyd edək ki, "altılığ"a ("P5+1" qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Eşton danışıqlarda "3+3" qrupunun əlaqələndiricisidir.
Xatırladaq ki, İran və dünyanın altı lider dövləti 2013-cü il noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar. 2014-cü il yanvar ayının ikinci yarısından isə həmin planın icrasına başlanılıb.
Comment