QR CodeQR Code

Ukraynada amnistiya qanunu bu gün qüvvəyə minir

17 Feb 2014 09:40

IslamTimes - Ukraynada Avropaya inteqrasiya tərəfdarlarının aksiyaları zamanı saxlanılanlara şamil olunacaq amnistiya aktı bu gün qüvvəyə minir.


Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, amnistiya ötən il dekabrın 27-dən bu il fevralın 2-sinə qədər törədilən əməllərə görə nəzərdə tutulan cinayət məsulimyyətini aradan qaldırır.
Amnistiya qanunu çərçivəsində Avropaya minteqrasiya tərəfdarlarına qarşı cinayət təqibi dayandırılacaq, eləcə də, inzibati həbs qərarları ləğv ediləcək.
Ukrayna hakimiyyəti ələ keçirilən inzibati binaların boşaldılması şərtilə amnistiyaya razılıq verib. Ukrayna DİN-in məlumatına görə, müxalifətçilər öz üzərlərinə düşən vəzifəni yerinə yetiriblər.


Story Code: 352442

News Link :
https://www.islamtimes.org/az/news/352442/ukraynada-amnistiya-qanunu-bu-gün-qüvvəyə-minir

Islam Times
  https://www.islamtimes.org