0
Wednesday 25 August 2010 - 07:31

Bir məktuba 20 il həbs

Story Code : 35265
Bir məktuba 20 il həbs
Bir məktuba 20 il həbs
O, dövlət başçısı ilə yanaşı belə bir məktubu dövlət idarələrinə də dəgöndəribmiş. Kaliforniyanın 63 yaşlı sakini Timoti Klaud ABŞ prezidenti Barak Obamanın ünvanına hədələyici məktub göndərdiyinə görə 20 il azdlıqdan məhrum edilib. Onun məktubunda Sibir xorası sporlarının qarışığına bəzər ağ rəngli zərərsiz toz da aşkarlanıb.
Kaliforniyalı may ayında keçirilən məhkəmə prosesində günahını boynuna alıb. O, dövlət başçısından savayı belə bir məktubu Amerika sosial təminat idarəsinin bir neçə şəhərdəki filiallarına da göndəribmiş. Məktubda poroşokun olduğu bilinən kimi, həyəcan qaldırılaraq əməkdaşlar idarə binasından evakuasiya ediliblər. Nyu-Yorkda isə belə bir həyəcan siqnalı ilə, əli məktuba dəymiş dörd əməkdaş karantində saxlanılıb.
Timoti Klauda yüksək cəza kəsilməsində onun əvvəllər Texas ştatında seksual cinaət üzrə məsuliyyətə cəlb edilməsi faktı da az rol oynamayıb. /HaqqYolu/
Comment