0
Wednesday 25 August 2010 - 07:44

Əfaqnıstanda üç yeni aviabaza

Story Code : 35266
Əfaqnıstanda üç yeni aviabaza
Əfaqnıstanda üç yeni aviabaza
İTV xəbər verir ki, Aviabazaların hər biri təxminən yüz milyon dollar dəyərindədir. Pentaqonun Əfqanıstanın cənub və şimal ərazilərində üç yeni aviabaza tikməyi planlaşdırması barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. Bazalardan biri Kabuldan şimalda Şindanda açılacaq. Ərazisində ofis, 60 nəfərlik kazarma və digər obyektlər tikiləcək həmin baza xüsusi əməliyyatlarda iştirak edən vertolyotlar və pilotsuz aparatlar üçün nəzərdə tutulacaq. İkinci bazanın Gilmənddə yerləşdirilməsi nəzərdə tutulur. Üçüncü aviabaza isə Məzari-Şərifdə tikiləcək. Qeyd edək ki, layihə 2011-ci ilin ikinci yarısından tez reallaşmayacaq.
Comment