QR CodeQR Code

Amerikalı siyasi analitik: İsrailin ABŞ tərəfindən toplanan gizli məlumatlara tam çıxışı var

Islamtimes , 17 Feb 2014 02:27

İslamtimes - Amerikalı siyasi analitik deyib ki, İsrailin ABŞ-ın casus fəaliyyəti ilə əldə etdiyi bütün gizli məlumatlara çıxışı var.


Şənbə günü Press TV-yə müsahibə verən Ceyms Fetzer bloqqer Riçard Silversteyn tərəfindən dərc edilən məqalədə Qüdsdə (Yerusəlimdə) ABŞ-ın bütün kəşfiyyat peyklərinə nəzarət edən avadanlıqların olduğunu bildirib.

O daha sonra qeyd edərək bildirib ki, bu o mənaya gəlir ki, Tel Əviv rejimi ABŞ tərəfindən əldə edilən bütün gizli məlumatlara sahibdir.

Fetzer deyib: “Mənim fikrimcə bu ABŞ-ın keçmiş prezidenti Corc Buş tərəfindən təşkile dilib və bu addım ABŞ xalqına və dövlətinə qarşı olan xəyanətdir.”

Analitik əlavə edərək deyib ki, sabiq ABŞ konqresmeni və prezidentliyə namizəd Ron Paul tərəfindən ABŞ prezidenti Barak Obama administrasiyasına Edvar Snoudenə mərhəmət göstərməsi səbəbi ilə təziq etmək məqsədi ilə təşkil etdiyi petesiya Amerika mediasında çox az şəkildə işıqlandırılır.

13 Fevral tarixində Paul deyib ki, o Snoudenin Rusiyadakı sığınacaq müddəti başa çatmamışdan əvvəl öz ölkəsində heç bir mühakimə ilə üzləşmədən ABŞ-a geri qayıtmasını istəyir.

O vurğulayaraq bildirib ki, Snouden öz cəsarətli hərəkəti ilə xalqına xidmət edib və Milli Təhlükəsizlik Agentliyinin gizli olaraq yığıdığı məlumatların üstünü açdığı üçün mühakimə edilməməlidir.
Bu arada Paulun oğlu respublikaçı senator Rand Paul Obama və onun yüksək vəzifəli rəsmilərinə qarşı iddia qaldırmış və demişdir ki, ABŞ hökumətinin telefon danışıqlarını dinləmək proqramı Amerika xalqının konistitusiya hüququnu pozur.

Obama administrasiyası və Konqresin bir çox üzvləri Snoudenin mühakimə edilməsini tələb ediblər.
O halhazırda Moskvada müvəqqəti sığınacaq müqaviləsi ilə yaşayır.


Story Code: 352781

News Link :
https://www.islamtimes.org/az/news/352781/amerikalı-siyasi-analitik-israilin-abş-tərəfindən-toplanan-gizli-məlumatlara-tam-çıxışı-var

Islam Times
  https://www.islamtimes.org